Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Sosial / Suraxanıda uşağı döyən müəllimə məhkəməyə veriləcək

Suraxanıda uşağı döyən müəllimə məhkəməyə veriləcək

Suraxanı rayonunda 2 nömrəli uşaq evində uşağı döyən müəllimə məhkəməyə veriləcək.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə 2 nömrəli uşaq evində müəllimənin uşağı döyməsini əks etdirən görüntüyə münasibət bildirərkən deyib. 
O bildirib ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verəcək: “Bu görüntü MeydanTV-nin paylaşımına görə, Suraxanı rayonu 2 saylı Uşaq Evində çəkilib… İstər tərbiyəçi, istər ana – hər kimdirsə, qanun qarşısında cavab verəcək. Sabah araşdıracam və müvafiq qurumlara da müraciət edəcəyəm”.
Qeyd edək ki, Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan biri döyülüb. Uşağın döyülməsi ilə bağlı mətbuatda və sosial şəbəkədə videogörüntülər yayılıb.

Həmçinin oxuyun

Dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb – Faktiki hava

Ölkə ərazisində bu gün saat 21:00-a olan faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata …