Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Surət Hüseynovun Türkiyədə neft biznesi var

Surət Hüseynovun Türkiyədə neft biznesi var

Türkiyədə kommersiya şirkətləri reyestrində yer alan məlumatlar əsasən Surət Hüseynov bu ölkədə neft biznesi ilə məşğuldur.

“Azadlıq” radiosunun verdiyi xəbərə görə, bu sənədlərdə qeyd edilən 1959-cu il təvəllüdlü Surət Davud oğlu Hüseynova aid bütün şəxsi məlumatlar Azərbaycanın keçmiş baş nazirinin şəxsi məlumatları ilə eynidir.

“Detaş Dış Ticaret Anonim Şirketi”nin qeydiyyat sənədlərində 4640593850 hesablı vergi nömrəsinin sahibi Surət Hüseynov idarə heyətinin üzvü olaraq qeyd olunur. 50.000 TL (14.5 min ABŞ dolları) nizamnamə kapitalına malik “Detaş Dış Ticaret Anonim Şirketi” Türkiyədə Neft və neft məhsullarının ixrac və idxalını həyata keçirir.

Sabiq baş nazir Hüseynov Sürət Davud oğlu 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub.

Surət Hüseynov 2016-cı ilin fevralın 5-də “Detaş Dış Ticaret Anonim Şirketi”nin idarə heyətinin toplantısında şirkətin yeganə səhmdarı və idarə heyətinin sədri seçilib. O, bu vəzifədə Mahmut Celal Derinkökü əvəzləyib.

Türkiyənin dövlət orqanları reysterində “Detaş Dış Ticaret Anonim Şirket”inə aid oluğu qeyd edilən telefon nömrəsi işləmədiyindən qarşı tərəflə əlaqə yaratmaq cəhdi alınmayıb.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın