Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / Sumqayıtda reyd keçirildi: maska taxmayanlar cərimələndi – FOTOLAR

Sumqayıtda reyd keçirildi: maska taxmayanlar cərimələndi – FOTOLAR

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Supermarketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Reydlər zamanı alıcıların içəriyə maskasız daxil olmağına göz yuman market əməkdaşları məsuliyyətə cəlb ediliblər. Həmçinin kassirləri maska və əlcəksiz işləyən obyekt sahibləri barəsində də protokollar tərtib olunub.

Reyd zamanı banklar və kassalar önündə sıxlığın yaranmasının qarşısını almaq məqsədi ilə polislər tərəfindən orada insanların növbə ilə dayanması da təşkil edilib.

Tədbir zamanı Sumqayıt şəhərindəki apteklərdə sanitar-gigiyenik qaydalara əməl etməyən, tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində ciddi intizam tədbirləri görülüb.

Tədbir zamanı həmçinin avtomobil yollarında icazəsi olmadan hərəkət edən sürücülər və sərnişinlər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər.

Sumqayıt şəhəri ərazisində karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək və təsdiq edilmiş sanitar-karantin qaydalarına əməl etməyən şəxslər barəsində sərt intizam tədbirləri görüləcəkdir.

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …