Ana səhifə / Sosial / Sumqayıtda qeyri-adi toy

Sumqayıtda qeyri-adi toy

Vətən müharibəsi başlayanda heç tərəddüd etmədən könüllü olaraq  döyüşlərə  yollandı. Qəhrəmancasına vuruşaraq  bir qolunu itirdi. Sumqayıtda  yaşayan Qazi Mirağanının bu gün toyu olub. Uşaq  vaxtı doğmalarını itirən qazimiz üçün dostları tanışları səfərbər  olublar. Ən sevincli günündə onu yalnız  buraxmayıblar. Toyun bütün xərcini isə bəyin dostu öz üzərinə götürüb.

Bəy hərbi geyimdə Vağzalı sədaları altında məclisə daxil olur. Ətrafında isə yalnız dostları və yeni tanış olduqları şəxslər var.

Görüntülər Sumqayıtda ikinci qarabağ müharibəsi zamanı bir qolunu itirmiş qazi Mirağa Mirzəzadənin toy məclisindəndir.

Uşaq ikən doğmalarını itirən Mirağaya toyu , yaxın dostu Xəyal Xəlilov təşkil edib.  Qazimiz 44 günlük vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərində könüllü iştirak edərək qəhrəmancasına vuruşub…

Qazimizlə fəxr etdiyini bildirən bəyin ömür gün yoldaşı Əntiqə xanım bu nigaha könüldən razı olduğunu deyir.

Toyun təşkilatçısı Xəyal Xəlilov cütlüyə xoşbəxtlik arzulayır.O dostunun bütün anlarında onunla bərabər olub, sevincinə sevinc qatıb.

Toy mərasimində  iştirak eliyənlər  qazimizə  xoş arzularını çatdırılblar.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …