Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Sosial / Sumqayıtda kütləvi zəhərlənmə olub

Sumqayıtda kütləvi zəhərlənmə olub

08.02.2024-cü il tarixində saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 briqadası hadisə yerinə cəlb edilib.
Bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində 4 nəfər hospitalizasiya olunub. Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.

Həmçinin oxuyun

Hesablama Palatası bu qurumda nöqsanlar aşkarladı 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Z. Məmmədov adına xəstəxananın Vərəm şöbəsində stasionar şəraitdə müalicə …