Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Sumqayıtda küçə ticarəti yığışdırılır

Sumqayıtda küçə ticarəti yığışdırılır

Bir neçə gündür ki, Sumqayıtda küçə ticarətinin yığışdırılmasına başlanılıb. 
Bu barədə Valyuta.az-a məlumatı xırda sahibkarlıqla məşğul olanlar verib. Onların sözlərinə görə, küçə ticarəti ilə məşğul olanlara, eyni zamanda bayıra məhsul çıxaran marketlərə xəbərdarlıq edilib:

“Marketlərə deyiblər ki, çölə mal çıxarmayın. Həmçinin çöldə marketə aid heç nə olmamalıdır. Yəni, soyuducu, reklam piştaxtaları və s. Küçə ticarəti ilə məşğul olanlara isə deyilib ki, yığışdırın”.
Onların sözlərinə görə, bu addım şəhərin görünüşünə xələl gəlməsi ilə izah edilir: “İllərdir ki, biz bəzi məhsullarımızı marketin qarşısına çıxarırıq. Bura qablaşdırılmış sular, soklar, dondurma və bəzi xırdavatdır. Heç vaxt bizə deyilməyib ki, malları içəri salın. Amma indi şəhərin görünüşünü əsas gətirib deyirlər ki, çölə heç nə çıxarmayın”.
Sahibkarlar iddia edir ki, proses Sumqayıt Şəhər İcra Hakimiyyətinin göstərişi əsasında baş verir. Məsələ ilə bağlı qurumun mövqeyini öyrənmək mümkün olmayıb. Amma əməkdaşımızı şəhərdə apardığı müşahidələr zamanı bir çox marketlərin artıq mallarını içəri salmasının şahidi olub. Market sahibləri söhbət zamanı onlar deyilənləri təsdiqləyiblər. 

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …