Cümə , Aprel 12 2024
Ana səhifə / Sosial / Sumqayıtda küçə boyunca çirkab su axır – 100-ə yaxın ailə TƏHLÜKƏDƏ – VİDEO

Sumqayıtda küçə boyunca çirkab su axır – 100-ə yaxın ailə TƏHLÜKƏDƏ – VİDEO

Çirkabın axıdılması üçün ödəniş alınsa da, xidmət göstərilmir. Kanalizasiya xəttinin düzgün işləməməsi ərazini keçilməz hala salıb, çirkab küçə boyunca axır.

Görüntülər Sumqayıtın Corat bağları, General Məhəmməd Əsədov küçəsindəndir.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, özləri küçəyə illər öncə kustar üsulla xətt çəksələr də, sonradan əhali sayı artdığına görə, borular yükləməyə tab gətirməyib. Hazırda 100-ə yaxın ailənin yaşadığı küçə xoşagəlməz haldadır.

Sakinlərin sözlərinə görə, ərazi “Azərsu ASC”nin Bağlar su-kanal idarəsinin balansındadır.
Problemlə bağlı dəfələrlə aiddiyyəti orqana müraciet etsələr də, heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Bağlar su-kanal idarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, sakinlərin haqlı şikayəti çox qısa vaxt ərzində həll ediləcək. Kustar üsulla çəkilən kanalizasiya xətləri əhali sayı nəzərə alınmaqla yeniləri ilə əvəzlənəcək. Bununla da problem həllini tapacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
 

Həmçinin oxuyun

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib – VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.Belə bir halla paytaxt sakini …