Çərşənbə , Noyabr 21 2018
Ana səhifə / Sosial / Sumqayıtda kənd təsərrüfatı yarmarkası başqa yerə köçürülür

Sumqayıtda kənd təsərrüfatı yarmarkası başqa yerə köçürülür

Sumqayıtda kənd təsərrüfatı yarmarkası başqa əraziyə köçürüləcək.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, köçürülməyə yerli sakinlərin çoxsaylı şikayətləri səbəb olub.

Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının 42-ci məhəlləyə köçürülməsinə qərar verilib. Buna səbəb yarmarkanın əvvəlki yerində satıcıların gigiyena qaydalarına əməl etməməsi və avtomobillərin süni tıxac yaratmasıdır.

Belə olan halda ərazidə yaşayan sakinlər məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət ediblər. İcra rəsmiləri vətəndaşların şikayətini haqlı sayıb və yaranmış poblemin aradan qaldırılması üçün bu adımı atıb.

Yarmarka bundan sonra şəhərin 42-ci məhəlləsində fəaliyyətini davam etdirəcək.

Adıçəkilən yarmarka Sumqayıtda hər həftənin şənbə və bazar günləri keçirilir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Sabah intensiv yağış və qar yağacaq

Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Virtualaz.org Ekologiya və …