Bu barədə AzNews.az-a Evsiz Heyvanların Müdafiəsi ictimayi birliyinin nümayəndəsi Anar Süleymanov məlumat verib.

Onun sözlərinə görə, itə işgəncə verən şəxsin kimliyini açıqlayan şəxsə qurum 500 manat verəcək:

“Bizə məlumat verən şəxsin anonimliyinin qorunmasına təminat veririk. Bu hadisə ictimai qınağa səbəb olub. Dilsiz hevyana qarşı bu vəhşiliyi törədən sabah insanlara da zərər verər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.

İtin gözlərini ovan şəxsi görənlər bu telefona zəng edə bilərlər- 055 834 56 58