Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Sosial / Sumqayıtda havaya atılan tullantıya görə müəssisə cəzalandırılıb

Sumqayıtda havaya atılan tullantıya görə müəssisə cəzalandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri, Tuğ zavod yaşayış massivi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq aparılıb.

Bu barədə “Report”a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Atmosfer havasından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı “GurCel” MMC-yə məxsus metaləritmə sexinin rəisi Amil Süleymanov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə “GurCel” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Həmçinin oxuyun

Dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb – Faktiki hava

Ölkə ərazisində bu gün saat 21:00-a olan faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata …