Şənbə , Avqust 13 2022
Ana səhifə / Sosial / Sumqayıtda avtobuslarda kondisioner niyə işləmir? -VİDEO

Sumqayıtda avtobuslarda kondisioner niyə işləmir? -VİDEO

Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarında kondisioner işləmir.

Avtobusların bəzilərində ümumiyyətlə kondisioner yoxdur, bəzilərində isə kondisioner olsa da, sürücülər onu qoşmurlar.

Məsələyə münasibət bildirən Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Soltan Əsədov kondisionerlərin işlədilməməsi ilə bağlı günahı sürücülərdə görür.

Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə isə, hazırda Sumqayıtda 206 ədəd müasir standartlara cavab verən avtobus var. Qeyd olunub ki, ictimai nəqliyyatda sakinlərin rahat şəraitdə getmələrini təmin etmək məqsədilə reydlər keçirilir. Kondisionerlərdən istifadə etməyən sürücülərə xəbərdarlıq olunur.

https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2Fxezerxeberler%2Fvideos%2F779439543417941%2F&show_text=false&width=560&t=0

Həmçinin oxuyun

Kirayə evlər niyə bahalaşır? – Açıqlama

“Hazırda inflyasiyanın sürətlənməsi kirayə mənzillərin bahalaşmasına səbəb olur. Əsasən də yay aylarında nisbətən ucuz olan …