Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Sumqayıtda 4 il əvvəl isitifadəyə verilən park yenidən söküldü (FOTOLAR)

Sumqayıtda 4 il əvvəl isitifadəyə verilən park yenidən söküldü (FOTOLAR)

2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıta əsaslı təmirdən sonra istifadəyə verilən “Lüdviqshafen” parkı yenidən sökülüb.
Qaynarinfo xəbər verir ki, əsaslı təmirinə dövlət büdcəsindən milyonlarla vəsait xərclənən parkın yenidən söküntüsü Sumqayıt sakinlərinin ciddi narazılığı ilə qarşılanıb. Bu barədə sosial şəbəkələrdə də görüntülər paylaşılıb.  

Qeyd edək ki, 2017-ci ildə şəhərin 9-cu mikrorayonunun ərazisində yerləşən “Lüdviqshafen” parkı müasir səviyyədə yenidən qurulmuşdu. Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqshafen şəhərinin şərəfinə salınıb.

Lüdviqshafen şəhərində də Sumqayıt parkı mövcuddur. Bu park 1997-ci ildə Sumqayıt-Lüdviqshafen əlaqələrinin 20 illiyi münasibətilə salınıb. Ümumi ərazisi 2 hektar olan parkda sakinlərin istirahəti üçün geniş imkanlar yaradılıb. Yenidənqurma işləri zamanı müasir işıqlandırma sistemi yaradılıb, yaşıllıq zolaqları salınıb, dekorativ ağaclar və gül kolları əkilib. Bu park Sumqayıtın gəzməli yerlərinə daha bir ünvan əlavə edib. Mövcud istirahət mərkəzlərinin, parkların, xiyabanların yenidən qurulması, yeni istirahət guşələrinin açılması, ilk növbədə, sosial layihədir. Bununla yanaşı, belə layihələrin icrası ölkəmizin iqtisadi potensialını nümayiş etdirir.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …