Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / Sumqayıt bulvarının yanında eybəcər görüntü – Video

Sumqayıt bulvarının yanında eybəcər görüntü – Video

Sumqayıt bulvarının  qurtaracağının düz yaxınlığında  heç də romatik olmayan, çox açınacaqlı mənzərə yaranıb. Ərazi əməlli-başlı zibil poliqonuna çevrilib.

Bu barədə “Yeni Sabah”a şəhər sakinləri müraciət və fotolar təqdim ediblər. Xəbərdə deyilir ki, dənizin kənarındakı  bu zibilxanada  bulvarın uzadılması zamanı işlədilən tikinti materiallarının qalıqlarına, müxtəlif növ tullantılara, biçilmiş ot topalarına, daş parçalarına, bir sözlə hər cür zibil növünə rast gəlmək olar.

“Zibil buraya maşınlarla, özü də adi vətəndaşlar tərəfindən tökülmür. Ərazidəki zibil yığnağı günü-gündən artır. Təbii ki, bütün bunlar ətraf mühitə ziyan vurur, ekologiyanı korlayır, antisanitariya şəraiti yaradır. Üstəlik bu ərazidən kanalizasiya suyu birbaşa dənizə axır. Bu cür mənzərə bulvarın simasına da xələl gətirir.

Maraqlıdır ki,Sumqayıt   şəhər icra hakimiyyəti bulvarın yanındakı bu aruzolunmaz vəziyyəti bilsə də heç bir tədbir gömür. Həmçinin aidiyyatı dövlət qurumları, ələlxüsus Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Sumqayıt şəhər Təmizlik Departamenti məsələ ilə bağlı bir tədbir gösrsəydilər pis olmazdı. Çünki bu ən azından qanunsuzluqdur”.

Sumqayıt bulvarının yanında eybəcər görüntü – Fotolar + Video

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət …