Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Sosial / Sumqayıt Bulvarında kanalizasiya qoxusundan gəzmək olmur VİDEO

Sumqayıt Bulvarında kanalizasiya qoxusundan gəzmək olmur VİDEO

Sumqayıt sakinləri artıq 2 aydan çoxdur ki, Sumqayıt Bulvarı boyu dənizdən gələn üfunət- kanalizasiya qoxusundan normal istirahət edə bilmir. Bu səbəbdən bulvarda nəinki qonaq, yerli sakinlər də yan durmağa çalışırlar. Belə qoxulu yerə turist gələr?!

Pis qoxunun səbəbi bu Sumqayıt icra hakimiyyətinin rəsmiləri tərəfindən danılsa da dənizə Bulvardakı çoxsaylı obyektlərdən, yaxınlıqda tikilən çoxsaylı göydələnlərdən axıdılan kanalizasiya-çirkab sularıdır.

20-30 il əvvəl bu ərazi abad olmasa da, çoxsaylı zavodların fəaliyyət göstərməsinə baxmayaraq sahil çox təmiz idi, burada dəniz qumlu normal çimərliklər var idi.

Hal-hazırda pis qoxudan başqa bu ərazidəki dəniz sahilində əsl ekoloji faciə, fəlakət yaşanır.

İnsanlar bura gəlir ki, təmiz hava alsın, stresdən qurtulsun, əvəzində kəskin qoxu baş çatdadır deyə burada gəzinti “burunlarından” gəlir. Bulvara idman etmək, sağlamlıq üçün gələn adamlar da peşman olurlar.

Əslində əvvəllər də ara-sıra sahildən pis qoxu gəlirdi, amma son zamanlar vəziyyət lap açınacaqlı duruma düşüb, kəskin qoxu davamlı xarakter alıb. Gigeyena və Epidemiologiya Mərkəzindən də Xəzərin Sumqayıt sahillərində aparılan monitorinqlər , kimyəvi və bakterioloji analizlərin nəticələrinə əsasən, Sumqayıt çimərliyində çimmək rəsmən qadağan olunmuşdur.

Bunu görmək üçün monitorinqlərə, analizlərə əslində ehtiyac da yoxdur. Hər şey göz qabağndar.Bu səbəblərdən bulvar boyu sahildə balıq ehtiyatı da tükənib. Sahil yosun çürüntüsü, tullantılarla, çirkabla doludur ki, bu da adamda romantikadan çox uzaq hisslər yaradır.

Ərazidə demək olar heç bir təmizlik işləri aparılmır. Ara-sıra , ildə-ayda bir dəfə formal xarakter daşıyan təmizlik aksiyaları keçirilir. 20-30 metr geri çəkilən dənizin bu hissəndə bioresurslar məhv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən mövcud acınacaqlı vəziyyətlə ,pis qoxunun aradan götürülməsi ilə bağlı bir tədbir göülməsini xahiş edirik. Sumqayıt sahili boyu ekoloji vəziyyət artıq çoxdan SOS siqnalı verir.

Əgər bu pis qoxu elə yerli məmurlara məxsus olan bulvardakı obyektlərdən,şəhərdən tökülən çirkab sularından əmələ gəlmirsə onda niyə bəs yaxınlıqdakı Novxanı ərazisində,qonşu sahil ərazilərdə, hətta Hacı Zeynalabdin qəsəbəsində bu cür pis qoxu gəlmir, su belə çirkab vəziyyətdə deyil!?

Səbəbsiz heçnə olmur.

Görünən laqeydlik, icra hakimiyyətinin kanalizasiya sistemini, təmizləyici qurğularını düzgün qurmamasıdır. Məsələ ilə bağlı keçən ay yerli kanallardan birinin ərazidən hazırladığı reportajı da təqdim edirəm.

Həmçinin oxuyun

Bakıda şam ağaclarına xəstəlik düşüb

Bakıda və şəhərətrafı ərazilərdə şam ağacları sürətli şəkildə quruyur. Xüsusilə Bayıl yamacında xeyli şam ağacı …