Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Summativ qiymətləndirmələr: “Əlavə imtahanlar çoxdan ləğv olunmalı idi”

Summativ qiymətləndirmələr: “Əlavə imtahanlar çoxdan ləğv olunmalı idi”

Məktəbdaxili qiymətləndirmənin 3 növü mövcuddur: diaqnostik, formativ və summativ (kiçik və böyük) qiymətləndirmə. Məktəblərimizdə adını çəkdiyimiz qiymətləndirmə növlərinin hər birindən istifadə olunur.

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə məktəblərdə imtahan sayı azaldıla bilər

Maraqlıdır, Kiçik summativ qiymətləndirmə (KSQ) və Böyük summativ qiymətləndirmə (BSQ) imtahanları ləğv edilə bilərmi?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elvin Bədirov qeyd edib ki, təhsildə ən mühüm cəhətlərdən biri odur ki, minimum vaxt ərzində maksimum keyfiyyətlə qarşıya qoyulan hədəflərə çata bilməkdir:

“Atılan hər bir addımın öz məqsədi və hədəf nöqtəsi olur. Bu yolda vacibdir ki, ciddi əhəmiyyəti olmayan yüklənmələrə yol verməyəsən. Orta məktəblərdə tətbiq edilən KSQ və BSQ-lər ciddi nəticələrə hesablanmış addımlar deyil. Məktəbin, müəllimin əziyyətini çoxaldan, iş effektinin artmasına ciddi təsir göstərməyən hadisələrdəndir.

Şagirdlərin bilik və bacarıqlarını müəyyən etmək və qiymətləndirmək üçün daha sadə, praktiki yollar var ki, bunlar da məktəblərimizdə dərs prosesində tətbiq edilir. Əgər Nazir brifinqdə məhz bu imtahanların ləğv edilməsinə işarə edibsə o zaman bununla razılaşmaq lazımdır. Çoxdan ləğv edilməsi lazım olan bu qiymətləndirmə imtahanlarının ləğvi hər baxımdan faydalı olacaqdır”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …