Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Sülhəddin Əkbərin kitabı çapdan çıxdı – “Dövlət siyasətinin əsasları”

Sülhəddin Əkbərin kitabı çapdan çıxdı – “Dövlət siyasətinin əsasları”

AXC hakimiyyəti dönəmində Milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, müstəqil Azərbaycanın sonradan akademiyaya şevrilən ilk xüsusi xidmət məktəbinin yaradıcısı olmuş, hazırda Azad Demokratlar Partiyasına (AzDP) sədrlik edən Sülhəddin Əkbərin kitabı çapdan çıxıb.

Strateq.az xəbər verir ki, “Dövlət siyasətinin əsasları” adlanan 607 səhifəlik kitab“Qanun” nəşriyyatında çap olunub.

Kitabda müəllif təkcə milli maraqların və milli təhlükəsizliyin qorunması ilə bağlı zəruri olan yeni anlayışlar sistemi yaratmaq və onun ətraflı izahını verməklə kifayətlənməyib, həm də müstəqil Azərbaycanın strateji gücünü, milli maraqlarını və milli təhlükəsizliyini, tarixi inkişaf perspektivlərini dərindən analiz edib, qiymətləndirilib və ortaya cəsarətli mövqe qoyub.

Məsələn, kitabda müstəqil Azərbaycanın milli təhlükəsizliyinə əsas təhdid və təhlükə kimi, qonşu Rusiyanın imperiya arzu və planları və bu niyyət və planlarını həyata keçirməkdə də Ermənistan Respublikasını necə yaratmasından və istifadəsindən geniş bəhs edilib, Rusiyanın bölgə ilə bağlı imperialist siyasəti kəskin tənqid edilib, həmçinin durumdan çıxış yolları göstərilib.

Eyni zamanda, kitabda Azərbaycanın digər bir böyük qonşusu – İrana və Cənubi Azərbaycan məsələsinə münasibətdə də tamamilə fərqli və yeni baxış ortaya qoyulub, Azərbaycanla İran, həmçinin Türkiyə-İran-Azərbaycan arasında mümkün koalisiyiların, birgə ittifaqların qurulma perspektivləri araşdırılıb. 

Kitabda oxucu SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda cərəyan edən, eləcə də milli-azadlıq hərəkatının necə başlaması və inkişaf etməsi, müstəqilliyin necə əldə edilməsi, həmçinin Mütəllibov, Elçibəy və Əliyev hakimiyyətlərinin necə qurulması, idarə olunması ilə bağlı da xeyli qiymətli informasiyalar əldə edəcək, tamamilə yeni yanaşmalar, baxışlar sistemiylə tanış olacaq.

Xatırladaq ki, kitab “Dövlət siyasətinin əsasları: milli maraqlar və milli təhlükəsizlik”, “Milli təhlükəsizlik və milli maraqlar”, “Azərbaycan Respublikasının milli maraqları”, “Azərbaycan Respublikasına yönəlik təhlükələr”, “Azərbaycan Respublikasının milli təhlükəsizlik durumunun qiymətləndirilməsi”, “Azərbaycan Respublikasının milli siyasəti” və “Azərbaycan Respublikasının tarixi inkişaf strategiyası və perspektivləri” sərlövhəli 7 xüsusi bölmədən ibarətdir və hər bir bölmədə də mövzunu tam şəkildə oxucuya açan, geniş informasiya və istiqamətlər verən fikirlər yer alıb.

“Dövlət siyasətinin əsasları” siyasi, idarəçilik, diplomatik, hərbi və təhlükəsizlik akademiyalarının tələbələri üçün nəzərdə tutulsa da, ondan siyasətçilər, yüksək vəzifəli dövlət məmurları, diplomatlar, hərbçilər, kəşfiyyatçılar və təhlükəsizlik işçiləri, eyni zamanda milli siyasət sahəsində çalışan alimlər, mütəxəssislər, araşdırmaçılar və ekspertlər də istifadə edə bilərlər.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın