Şənbə , Avqust 13 2022
Ana səhifə / Sosial / Sükan arxasına keçən narkomanların sayı niyə artıb?

Sükan arxasına keçən narkomanların sayı niyə artıb?

Ölkədə narkotik vasitələrdən istifadə edib sükan arxasına keçən sürücülərin sayı getdikcə artmaqdadır. Demək olar ki, hər gün ən azı bir, bəzən də, bir neçə sürücünün narkotik vasitələrdən istifadəsi qeydə alınır. DYP onlarla bağlı müəyyən cəza tədbirləri tətbiq görürü. Lakin nəqliyyat şirkətləri sürücülərin tibbi müayinədən keçirilməsinə hələ də başadan sovudu yanaşır.

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, həm narkotik vasitə, həm də alkoqolun təsiri altında sərxoş vəziyyətdə avtomobil idarə etmək hər kəs üçün qadağandır.

“Alkoqol istifadəsi aydındır, ancaq narkotikin istifadəsinə gəlincə, qanunla təsnif olunmuş narkotiklərin siyahısı var, o siyahıda hansı narkotiklərin dövriyyəsi qadağandır və s haqqında qeyd olunub. Tibbi müayinə zamanı sürücünün qanında, orqanizmində aşkar olunarsa, həmin sürücü narkotik sərxoşluq vəziyyətində olmuş sayılır”, – deyə ekspert qeyd edib.

Ərşad Hüseynov əlavə edib: 

“Narkotik sərxoşluğun və alkoqoldan sərxoşluğun müayinəsi də Nazirlər Kabinetinin 2014-ci ildə qəbul edilmiş 209 saylı qərarla müəyyən olunmuş qaydada yoxlanılır. Polis əməkdaşının yolda saxladığı sürücü alkotester və ya narkotesterlə yoxlanılır. Əgər sürücü testdən keçməyə razı deyilsə, o zaman test xüsusi tibbi müayinə məntəqələrində keçirilir. 

Qanunda da göstərir ki, əgər spirtin miqdarı 0.3 promill və daha çox olarsa, sürücü sərxoş hesab olunur. Narkotik istifadəçisi olan sürücüyə gəlincə, bu hal ilk dəfə baş verirsə, 400 manat cərimə oluna və ya məhkəmə tərəfindən 6 aydan 1 ilə qədər sürücülük hüququ məhdudlaşdırıla bilər. Əgər sürücülük hüququ yoxdursa, o zaman həmin adam məhkəmə qərarı ilə ya 500 manat cərimə olunur, ya da ona 15 gün həbs cəzası verilir.

Ümumən sürücülər narkotik vasitə, alkoqol kimi insan sağlamlığına zərərli olan maddələrdən istifadə edərək sükan arxasına oturarkən təkcə özlərini deyil, qəza halında digərlərinə də zərər vermiş olacaq. Bunu sükan arxasına keçənlər heç vaxt unutmamalıdır”.

Həmçinin oxuyun

Azərbaycanda keyfiyyətsiz qənd istehsal edən müəssisələrin adları açıqlanıb – SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin …