Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Süd verən qadınların peyvənd olunub-olunmaması ilə bağlı daha bir AÇIQLAMA

Süd verən qadınların peyvənd olunub-olunmaması ilə bağlı daha bir AÇIQLAMA

“Dünyaya yenicə uşaq gətirmiş qadınların vaksinasiyası barədə ziddiyyətli fikirlər mövcuddur. Əgər qadın süd verirsə, vaksinasiya olunması məsləhət görülmür. Əks halda vaksinasiya oluna bilər”.

Bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) I Mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Natəvan Axundova deyib.

Onun sözlərinə görə, doğuşdan sonrakı dövrdə qadının bir qədər zəiflədiyini nəzərə almaq lazımdır: “Əgər zahılıq dövrü bitdikdən sonra ümumi sağlamlığı imkan verirsə, vaksinasiya olunması mümkün sayılır. Zahılıq dövrü 6-8 həftə çəkir. Amma xarici ədəbiyyatda doğuşdan sonrakı dövr 11-12 həftə hesab olunur. Çünki uşaqlıqda cift sahəsinin bərpası prosesi 11 həftə çəkir”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …