Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / Suçiçəyinə qarşı KÜTLƏVİ PEYVƏNDLƏMƏ tətbiq ediləcək? – Rəsmi açıqlama

Suçiçəyinə qarşı KÜTLƏVİ PEYVƏNDLƏMƏ tətbiq ediləcək? – Rəsmi açıqlama

“Ola bilər ki, bir neçə il sonra suçiçəyinə qarşı peyvənd edilsin. Amma indi bu məsələyə baxılmır”.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə suçiçəyinə yoluxma hadisələrinin sayında artım müşahidə edilmir:

“Bu xəstəliklə bağlı vəziyyət stabildir. Suçiçəyi Azərbaycanda peyvəndlə idarəolunmayan xəstəliklər qrupuna aiddir. Çünki biz hələ ki, Azərbaycanda o xəstəliyə qarşı peyvənd tətbiq etməmişik. Peyvəndlər daha aktual, daha vacib olan xəstəliklərə qarşı edilir. Suçiçəyi ağır keçməyən xəstəlikdir”.

Həmçinin oxuyun

Bakı-Xırdalan-Sumqayıt qatarı nə vaxt işə düşəcək? – Açıqlama

Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarlarının hərəkəti Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulmasından sonra bərpa ediləcək.“ Azərbaycan …