Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Su sataraq atasına başdaşı düzəltmək istəyən uşağın anası danışdı – Video

Su sataraq atasına başdaşı düzəltmək istəyən uşağın anası danışdı – Video

Sosial şəbəkələrdə atasına başdaşı düzəltdirmək üçün su satdığını dediyi videosu ilə məşhurlaşan Elvin Yusibov Baku TV-yə danışıb. 

Qardaşı Eminlə birlikdə nənəsinin himayəsində yaşayan Elvin anasını görmək istəmədiyini bildirib: 

“Məhkəmə dedi ki, ya Elvini, ya da Emini götür. Heç birimizi istəmədi. Bizi atıb getdi. Ona nifrət edirəm”. 

Azyaşlıların anası isə açıqlamasında deyib ki, maddi imkanı qənaətbəxş olmadığı üçün aliment verə bilmir: 

“Kimsəsiz insanam. Qonşuların köməyi ilə dolanıram. Elə gün olur ki, ac yatıram. Onlarla görüşmək istəyirəm. Amma məni küçədə görəndə daşa basırlar”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …