Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / “STRATFOR” 5 rayonun qaytarılma planını yenidən gündəmə gətirdi: “Əgər Rusiya həqiqətən bu planı irəli sürərsə, o zaman…”

“STRATFOR” 5 rayonun qaytarılma planını yenidən gündəmə gətirdi: “Əgər Rusiya həqiqətən bu planı irəli sürərsə, o zaman…”

“Qafqaz regionunda hər hansı dəyişiklik münaqişədə xarici oyunçudan – özünün uzunmuddətli maraqlarından çıxış edən Rusiyadan asılı olacaq. Üstün regional statusuna baxmayaraq, ötən il Rusiyanın vasitəçiliyi ilə heç bir irəliləyiş əldə edilməyib. 2016-cı ilin aprelində və bu il döyüşlərin qızışması Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların bərpası imkanlarını artırır”.

Amerikanın dünya siyasətini araşdırma və təhlil mərkəzi STRATFOR-un Qarabağ ərtafında vəziyyət və onun perspektivləri ilə bağlı yeni açıqlanmış təhlilində belə deyilir.

Təhlildə qeyd edilir ki, münaqişədə Rusiyanın motivasiyası çox mürəkkəbdir. Rusiyanın Ermənistan və Azərbaycanda – bütün keçmiş sovet periferiyasında – başlıca marağı xarici təsirə yol verməmək və özünü möhkəmlətməkdir: “O, buna ən çox Ermənistanda nail olub. Bundan əlavə, Rusiya Ermənistanın iqtisadi və strateji aktivlərinin böyük hissəsinə nəzarət edir. Azərbaycan daha müstəqil və şaxələndirilmiş xarici siyasət yürüdür. Nəzərə alsaq ki, Azərbaycanın Türkiyə ilə sıx əlaqələri var və iri enerji istehsalçısı və ixracatçısıdır, Moskva Bakını öz təsir dairəsinə salmaq istərdi, xüsusilə Türkiyənin Yaxın Şərqə öz iddialarını irəli sürdüyü bir vaxtda”.

Sənddə deyilir ki, 2016-cı ildə Rusiya neytral mövqe tutaraq erməni müttəfiqini dəstəkləməyib: “Azərbaycanın hərəkətləri Rusiya ilə razılaşdırılmadan mümkün deyildi. Mesaj göndərilmişdi ki, Bakı sərbəst hərəkət etmək imkanlarına malikdir, Yerevan isə bütünlüklə Moskvaya güvənə bilməz. Münaqişənin gələcəyinə gəlincə, Rusiya Lavrovun planı üzrə nizamlanmaya nail olmaq istərdi. Belə ki, Ermənistan Rusiyanın rəhbərliyilə sülhməramlı qüvvələrin (KTMT ölkələrinin iştirakı ola bilər) əvəzində Dağlıq Qarabağ ətrafında yeddi rayondan beşini güzəştə gedir”.

Şübhəsiz ki, Azərbaycan bu qərarı alqışlayar və bu, Bakı ilə Moskvanı yaxınlaşdırmalıdır. Ancaq Ermənistan hökuməti bunun əleyhinə olacaq: “Əgər Rusiya həqiqətən bu planı irəli sürərsə, o zaman Yerevanın müqaviməti aradan qaldırılmalıdır. Bu isə Ermənistanın güzəştə getməsi üçün Azərbaycanın daha bir hərbi hücumu deməkdir. Baxmayaraq ki, Sarkisyan Dağlıq Qarabağ danışıqlarında kompromisə qarşı çıxır, Ermənistan prezident respublikasından parlament respublikasına keçid vəziyyətindədir və parlament seçkiləri aprelin əvvəlinə təyin edilib. Rusiya hökumətdəki bəzi fiqurlarla və müxalifət liderləri ilə sıx əməkdaşlıq edir ki, bunlar da Rusiyanın nizamlanma variantını qəbul etməyə daha meyllidir”.

Bununla belə təhlildə xatırlanır ki, ötən il Ermənistanda ciddi etirazlar baş qaldırıb. Yəni istənilən iri güzəştlər Ermənistan hökumətini iflasa uğramaq təhlükəsi altına qoyur, odur ki, Moskvanın Yerevana təsiri sual altındadır.

Ona görə Bakını yeni hərbi hücuma təhrik etmək Rusiya üçün Yerevana təsir göstərməkdən ötrü daha əməli vasitə olacaq, baxmayaraq ki, vəziyyətin nəzarətdən çıxma riski qalır: “Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi tərəddüdlüdür. Moskvanın son məqsədi həm Azərbaycanda, həm də Ermənistanda üstün mövqeyə malik olmaq və hər iki ölkədə öz maraqlarını formalaşdırmaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə etməkdir”.  (Azadliq.org)

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın