“NATO-nun Suriya münaqişəsində iştirakı gündəmdə deyil”.
Bunu, NATO baş katibi Yens Stoltenberq “Spiegel”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO əsgərləri Suriyadakı vətəndaş müharibəsində iştirak etməyəcək.
Lakin baş katib İŞİD-ə qarşı döyüşən İraq əsgərlərinə ilin əvvəlindən təlim verən NATO hərbçilərinin sayının artırılmasını istisna etməyib:
“Fikrimcə, İraq və Əfqanıstanda yerli döyüşçülərə təlim verilməsi terrora qarşı ən yaxşı silahdır”(azadliq.info).