Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Stalin və Elçibəy iqtidarı + 9 May qələbəsi haqda – Pənah Hüseynin yazısı

Stalin və Elçibəy iqtidarı + 9 May qələbəsi haqda – Pənah Hüseynin yazısı

Pənah Hüseyn, sabiq baş nazir
Azərbaycan Kommunist partiyalarından  təəssüf ki, hansının katibi olduğunu bilmədiyim hörmətli  Ədalət Abdinovun musavat com- da   mənim 9 may səhvim barədə yazısından  gec, bu barədə məndən şərh istəniləndə xəbər tutdum. Lakin açığı,  deyilən materiala baxanda  hörmətli Ədalət müəllimin məndə nəyi səhv tutduğunu, nəyi təkzib etmək istədiyini  anlaya bilmədim.
Mənim  Elçibəy iqtidarının 9 may qələbə günün ləğv etdiyi iddialarına dair  Ədalət Abdinovun toxunduğu hissədə  dediklərimi bundan ibarət idi:  “ Bu faktdır ki, 9 may 1992- ci il sentyabr ayında Azərbaycan Respublikasının dövlət bayramları haqqında qəbul edilən qanunda adı çəkilən 10 bayram sırasında yox idi. Lakin bu 10 bayram bütün bayramlar problemini  əhatə etməyib, yalnız ölkə miqyasında qeyri – iş günü hesab edilən günləri müəyyənləşdirirdi. Həmin qanun 9 may qələbə gününü bayram kimi ləğv etmirdi. Qeyd edim ki, hələ Stalinin dövründən başlayaraq, 1948- ci ildən SSRİ  – də 9 may Qələbə günü iş günü hesab olunmağa başlamışdı və həmin gün rəsmi təntənəli mərasimlər, tədbirlər, hərbi parad və s. 1965- ci ilə kimi təşkil edilmirdi. Demək olar ki, hamısı müharibə  iştirakçıları, 9 may Qələbəsinin yaradıcıları,  sərkərdələri olan SSRİ siyasi və hərbi  rəhbərliyini yəqin ki,  buna görə kimsə xəyanətdə ittiham etməz.  İndi müşahidə etdiyimiz bayram  forması 1965- ci ildən başlayaraq Brejnev tərəfindən tətbiq olunmuşdu.”  
Göründüyü kimi  mənim dediyim ondan ibarətdir ki,  Elçibəy iqtidarı dövründə  9 mayın  iş günü olmayan bayramlar siyahısına salınmaması,  iddia olunduğu kimi, 9 mayın ləğvi anlamına gəlmirdi, necə ki,  1947  – ci ilin  23 dekabrında, Stalin donəmində, SSRİ Ali Sovetinin Fərmanı ilə 9 mayın qeyri iş günü statusunun ləğv edilib,   iş günü elan edilməsi 9 may bayramının ləğvi və onun qeyd olunmaması  kimi təqdim edilə və Stalinə qarşı ittiham kimi irəli sürülə bilməz.
Yeri gəlmişkən sonralar əlbəttə ki, bəziləri buna cəhd etmişlər və cəhd edirlər. Lakin özünün və tərəfdarlarının, Stalin bioqrafiyasının ən böyük tarixi nailiyyəti kimi qəbul etdiyi, Qələbəni gözdən salmaqda təqsirləndirmək  o qədər absurddur ki, belə iddialar geniş yayıla bilmir.  Abdinovun opponentlik etdiyi fikirlərimə gəldikdə isə bir daha təkrar edirəm. Məhz Stalin dönəmində, 1947  – ci ilin  26 dekabrında,  SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə, 9 mayın qeyri iş günü elan edilməsi haqqında 8 may 1945- ci il tarixli Fərmanın  müvafiq müddəası qüvvədən salınaraq    9 mayın qeyri iş günü statusu ləğv edilmiş, həmin gün   iş günü elan olunmuşdur. 1965- ci ilə kimi  yalnız 3 il, 1945 – 1947- ci illər də 9 may qeyri –  iş günü şəraitində qeyd olunmuşdu.  1965- ci ilə qədər 9 may münasibəti ilə  ümumiyyətlə cəmi 1 dəfə, 1945- ci ilin iyunun 24- də Qələbə paradı keçirilmiş, ölkənin siyasi və hərbi rəhbərliyinin tam heyətdə iştirakı ilə ümumdövlət mərasimi olaraq  təntənəli bayram qəbul və s.  təşkil edilmişdi. SSRİ Ali Soveti  Rəyasət Heyətinin  1947- ci il 23 dekabr Fərmanından 1965- ci ilə qədər    qeydetmə əsas etibarı ilə 9 may günü  rəsmi qəzetlərdə təntənəli məqalələrin verilməsi, lokal xarakterli yığıncaqlar və iri   şəhərlərdə salyutla məhdudlaşırdı ki, Ə. Abdinov da bunun nümunələrini gətirir. 9 mayın, SSRİ də “Böyük Oktyabr Sosialist İnqilabı  bayramı”ndan sönra ikinci rəsmi  ümumdövlət bayramı statusuna, yəni indiki formada qeyd olunmasına deyildiyi kimi, yalnız Brejnev dönəmində başlanmışdır.  26 aprel 1965 ci ildə SSRİ Ali Soveti  Rəyasət Heyəti 9 mayın qeyri iş günü elan edilməsi haqqında Fərman verir.  Həmin ildən başlayaraq Moskvada və müttəfiq respublika paytaxtlarınnda, qəhrəman şəhərlərdə hərbi paradların keçirilməsi bərpa olunur, Naməlum əsgərin məzarına,  Lenin Mavzoleyinə dövlət rəhbərliyinin əklil qoyması, bir dəqiqəlik sükut, siyasi və ölkə rəhbərliyinin iştirakı ilə təntənəli gecə- qəbulların keçirilməsi və bu ayinlərin bütün ölkə miqyasında horizontal və şaquli vertikal üzrə kopyalanması (əklil qoymalar, görüşlər, və s formasında) tətbiq olunmağa başlayıb. Bütün bunlar ümumməlum və hamıya açıq informasiyalardır. Anlaşılmazlıq qalmaması üçün bəzi sənədlərin surətini əlavə edirəm. Mən əlbəttə ki, hörmətli Abdinova,  vaxt ayırıb mənim fikirlərimə rəy bildirdiyinə görə təşəkkür edirəm. Lakin narahatam ki, onun bu təşəbbüskarlığı  oxucuların diqqətini problemin mahiyyətindən,  daha mühüm tərəflərindən və hədəflərindən  yayındıra bilər. Tam səmimi bildirirəm ki, bizi bu məsələdə  nə Stalin, nə də və xüsusən   Azərbaycan kommunistləri ilə polemika ümumiyyətlə maraqlandırmır.
Təqdim olunan sənədlərin surətləri:   

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın