Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Stadiona gedən avtobuslar pulsuz olacaq

Stadiona gedən avtobuslar pulsuz olacaq

 “Qarabağ”–“Roma” görüşünü izləyəcək biletli tamaşaçıları daşıyacaq avtobuslar pulsuz olacaq.

Qafqazinfo xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, plana uyğun olaraq, biletli tamaşaçılar saat 16:30-dan etibarən metronun “Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti və metronun “Gənclik” stansiyasının qarşısından X2 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınacaq.

Mərasim bitdikdən sonra da tamaşaçılar ekspress xətt avtobuslarla fasiləsiz olaraq  əvvəlcədən müəyyən olunmuş nöqtələrə – yəni, metronun “Qara Qarayev” və “Gənclik” stansiyalarına geri daşınacaq.

Qeyd edək ki, biletli tamaşaçıların ekpress xətt avtobusları Bakı Olimpiya Stadionuna eləcə də əks istiqamətdə daşınması ödənişsiz həyata keçiriləcək.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …