Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Sosial / “Sputnik V” ilə “AstraZeneca” peyvəndi arasındakı fərq açıqlanıb

“Sputnik V” ilə “AstraZeneca” peyvəndi arasındakı fərq açıqlanıb

“Sputnik V” preparatı “AstraZeneca”ya nisbətdə daha yaxşı təmizlənmədən keçir.

“İzvestiya”nın məlumatına görə, bu barədə N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq Rusiyanın istehsal etdiyi preparat ilə “AstraZeneca”nın arasındakı fərqi açıqlayarkən bildirib.

Onun sözlərinə görə, pandemiyanın əvvəlində “AstraZeneca” hələ tam hazır olmamış, ucuzluğuna görə bütün dünyada çox satılıb.

“Onlar Rusiyada olduğu kimi yaxşı təmizlənsələr, bütün sirləri könüllü olaraq təqdim etməyə hazırıq, onda preparatın qiymətləri artacaq və bütün problemlər aradan qalxacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, “Sputnik V” adenovirusa əsaslanan ilk Rusiya istehsalı koronavirus peyvəndidir. Preparat 50-dən çox ölkədə qeydiyyata alınıb. Bu vaksin Dünya Səhiyyə Təşkilatı siyahısında ən yaxşı peyvənd namizədlərinin ilk onluğundadır.

Hazırda bir sıra Avropa ölkələri peyvənd vurduran xəstələrdə tromboz aşkarlandığına görə “AstraZeneca” ilə vaksinasiyanı dayandırıb, yaxud qadağan edib. Ancaq peyvəndin yaradıcıları onun təhlükəsizliyində israr edirlər.

Həmçinin oxuyun

Baş infeksionist: “O zaman rahat olacağıq ki…“

“Yeni növ koronavirus (COVID-19) infeksiyaya qarşı effektiv bir vasitə, antiviral preparat yoxdur. Belə situasiyada təbii …