Ana səhifə / Sosial / Spiker Oqtay Əsədovdan Zahid Oruca: “Belə çıxışlar etmək düzgün deyil”

Spiker Oqtay Əsədovdan Zahid Oruca: “Belə çıxışlar etmək düzgün deyil”

Milli Məclisdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi müzakirə olunur. Hökumət üzvlərinin də iştirak etdiyi müzakirələrdə əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məruzə etdi.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışı zamanı hesabat ilində 10,5 milyard məblığində vəsaitlərin araşdırıldığını dedi. Onun sözlərinə görə, 2016-cı ildə gəlirlərin icra vəziyyəti 2008-ci ildən bəri ən yüksək göstərici olub. “Yalnız 6 mənbə üzrə kəsir müəyyən edilib, digər mənbələrdə artıqlaması ilə yerinə yetirilib. Hesabat ilində proqnozlara tam riayət olunub”-V.Gülməmmədov əlavə etdi.

Palata sədri dedi ki, xarici dövlət borcu ilə bağlı qəbul edilmiş limitlərə riayət olunub. Daxili dövlət borcu isə 72,3 faiz azalaraq 1,2 milyard manat təşkil edib.

Deputat Vahid Əhmədov 2016-cı ilin dünya iqtisadiyyatında problemli il olduğunu, problemlərin Azərbaycana da öz təsirini göstərdiyini bildirdi. Hesabat ilindən bəhs edən deputat büdcə xərclərinin hesabat ilində bərabər paylanmamasına diqqət çəkdi. Onun sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatları 2014-cü ildə 57 milyard manat idisə, 2016-cı ildə 37 milyard manat olub. V.Əhmədov real sektorun inkişafına daha çox diqqət yetirilməsini xahiş etdi. Bildirdi ki, nağdsız ödəniş sisteminə keçilməsi bu sektorda müəyyən problemlər yaradıb. Deputat hökumətə məsləhət gördü ki, Hesablama Palatasının hesabatını nəzərə alsın.

Deputat Zahid Oruc xatırlatdı ki, devalvasiyadan sonra Mərkəzi Bankın valyuta ehtiyatları 71faiz, yəni 9,8 milyard həcmində azalıb. Bu mənada deputat konkret addımlar atılmasını zəruri saydı. Z.Oruc dedi ki, Konstitusiya Məhkəməsi banklarla bağlı məsələyə baxdı, amma sonda bankların xeyinə qərar verildi: “Bu gün on minlərlə insanın əleyhinə qərarlar verilir. İnsanlar hüquqi müstəvidə özlərinin müdafiəsini görmürlər. Ola bilməz ki, 100 min insanın hamısı ilə bağlı yüzdə-yüz bankların xeyrinə qərar çıxaılmış olsun”. Deputat hökuməti yoxsulluq səviyyəsi ilə bağlı məsələyə yenidən baxmağa çağırdı.

Spiker “sənin sözündən belə çıxdı ki, 100 min insan Konstitusiya Məhkəməsinə müraciət edib, amma şikayəti təmin olunmayıb. Belə çıxışlar etmək düzgün deyil. Mən belə fakt eşitməmişəm”-deyə, əlavə etdi.

Deputat Əli Məsimli 2016-cı ilin büdcəsinin bu səviyyədə idarə olunmasında Maliyyə Nazirliyi ilə yanaşı, Vergilər Nazirliyi, Gömrük Komitəsi və digər qurumların da mühüm rol oynadığını vurğuladı. “Azərbaycanda islahatları dərinləşdirməklə, məmur sahibkarlığının, inhisarın, korrupsiyanın aradan qaldırılması ilə xeyli dərəcədə inkişafa nail olmaq mümkündür”-Ə.Məsimli qeyd etdi. Deputat dedi ki, xarici borcun kritik həddə olmadığını vurğuladı. Amma dedi ki, şirkətlərin də ağına-bozuna baxmadan xarici borc alması 17 milyardlıq dövlət büdcəsi olan ölkəyə əlavə problem yarada bilər.

Deputat Qüdrət Həsənquliyev onu narahat edən məsələlərdən bəhs etdi: “Təəssüf doğuran haldır ki hökumət qeyri-neft sektoru üçün səylər göstərsə də, büdcədə bu sektorun payı azalıb, 2016-cı ildə də neft-qaz sektorunun büdcədə payı artıb”. Deputat bir sıra iri şirkətləri özəlləşdirməyə çağırdı: ““Şahdağ” turizm mərkəzi niyə kredit götürməlkidir ki, sonra da dpvlət o krediti ödəsin? Odur ki, bu şirkətlər özəlləşdirilməlidir. Xəstəxanalarəın saxlanmasına dövlət 342 milyon manat, 107 milyon poliklinika və ambulator mərkəzlərin saxlanmasına xərcləyib. Onların da özəlləşdirilməsinin zamanı çatıb. 13 il ərzində bizim hökumətimiz icbari tibbi sığortaya keçidə hazırlığı başa çatdıra bilmədi?”

Deputat Fərəc Quliyev istehsal sahəsində özəl sektorun yerinin az olmasına diqqət çəkdi. Əlavə etdi ki, bir çox rayonların dotasiya ilə yaşaması da normal hal deyil. Deputat dedi ki, kiçik və orta sahibkarlara dəstək məsələsinə yuxarı səviyyədə normal yanaşılmasına baxmayaraq, aşağı səviyyədə bu sahəyə qaneedici münasibət yoxdur. F.Quliyev problemli kreditlərlə bağlı qərar verilməsi üçün hökumətə çağırış etdi.

Deputat Tahir Kərimli 2015-ci ildə Neft Fondundan transfertin 45 faiz təşkil etməsindən narahatlığını ifadə etdi.

musavat.com

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın