Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Spiker Oqtay Əsədov: “Zahid Oruc, sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış!”

Spiker Oqtay Əsədov: “Zahid Oruc, sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış!”

Milli Məclisin hazırda davam edən plenar iclasında çıxış üçün söz alan deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında maraqlı dialoq olub. 
Z.Oruc 5 dəqiqəlik çıxışdan sonra nitqini dayandırıb və reqlamentin 5 dəqiqəyə endirilməsinə maraqlı formada etiraz edib. Onun “Oqtay müəllim, reqlament 5 dəqiqədir, ya 10 dəqiqə?” – sualına cavabında spiker bir daha xatırladıb ki, reqlament 5 dəqiqə müəyyənləşdirilib. Z.Oruc “Ona görə də mən geniş danışa bilmirəm. Müəyyən tezislərim var ki, onlara toxuna bilməyəcəm, çünki bu, mənim öz fikirlərimə hörmətsizliyim olar”-deyib.
Milli Məclisin sədri isə Z.Oruca maraqlı reaksiya verib: “Zahid Oruc, sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış!”
Deputat Zahid Oruc spikerin bu reaksiyasını təqdir edərək çıxışına davam edib. Qarabağ əlillərinə, şəhid ailələrinə ayrılan məvaciblərin artırılmasını təklif edən deputat əlillərin eyni məkanda yaşamasını doğru saymamaqla yanaşı, onların işlə təmin olunmasını cəmiyyətə inteqrasiya üçün vacib sayıb: “Şəhid ailələrinə 220 manat təqaüd verilir. Qarabağ müharibəsi iştirakçıları ilə bağlı rəqəm 95 mindir. Bu rəqəmin bir hissəsi saxtadır, bu, bəllidir. Ya vəlvələdən, ya zəlzələdən belə olub. 95 min insan vuruşsaydı, müharibədə uduzmazdıq, bu, dəqiqdir. Amma bu insanların durumu ilə bağlı addımların atılmasına ehtiyac var”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın