Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Söyün Sadıqov Abbas Abbasova satqın dedi

Söyün Sadıqov Abbas Abbasova satqın dedi

Söyün Sadıqov: “O, hakimiyyətə gəlmək üçün ermənilərlə separatist danışıqlarını deyəsən, unudub. Amma bu, məlum faktdır”

“Prezidentini kağızda tərifləyən, amma hərəkətləri və danışıqları ilə əksini göstərən insana nə cür inanmaq olar?”

Abbas Abbasovun dünən bəyanatla çıxış edərək Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (SOAR) fəaliyyətinə xitam verməsi Azərbaycanda da birmənalı qarşılanmadı.

Onsuz da son dövrlər keçmiş baş nazirin saman altdan su yeritmə siyasətinin iflası Azərbaycanda ona qarşı aqressiyanı xeyli artırmışdı, indi isə hamı fikirləşir ki, görəsən o bu dəfə hansı hoqqanı planlaşdırır…

Moderator.az-ın əməkdaşı yaranmış durumu şərh etmək üçün Azərbaycanın tanınmış diaspor liderlərindən olan Söyün Sadıqovla əlaqə saxlayaraq aşağıdakı cavabı alıb:

“Abbas Abbasovun Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının buraxılması məsələsinə münasibət bildirərək, qeyd etmək istəyirəm ki, bunu Abbas Abbasov onun ətrafında yaranmış boşluğa görə etməyə məcbur olub. İndi İttifaqın bağlanılması elanı ilə özünə əlavə dividentlər qazanmağa çalışır. Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı demək olar ki, çoxdan yoxdur. Onun ətrafında bir zaman olan hörmətli azərbaycanlılar onun çirkin oyunlarını və Prezidentin adı ilə spekulyativ hərəkətlərını başa düşərək, o cümlədən İttifaqın təsisçiləri onu çoxdan tərk ediblər. Onun mənəvi haqqı yoxdur ki, bu gün prezidentin adını çəksin və vətənə sevgidən danışsın. Çünki, o, 17 yanvar, 14 parel tarixlərində öz həmyerlilərinə – diasporun yüzlərlə fəallarına, ağsaqqalarına qarşı Rusiya hüquq-mühafizə orqanlarını qaldırıb, hətta etnik dağıstanlı quldurlarını azərbaycanlılara qarşı göndərməkdən belə çəkinməyib. Bundan sonra o, necə özünü Azərbaycanı sevən şəxs kimi qələmə verə bilər? O, hakimiyyətə gəlmək üçün ermənilərlə separatist danışıqlarını deyəsən, unudub. Amma bu, məlum faktdır.

Mənim üçün təəcüblüdür ki, Abbasov indi ÜAK-n mənafelərini qorumaq mövqeyindən danışır. Halbuki özü etiraf edirdi ki, ÜAK-ı o yaradıb və o da məhv edəcək. Onunla bir qayıqda olanlar da buna kömək edirdilər. O hal -hazırda “AzərRos” ilə bağlı çirkin oyunlarından əl çəkməyərək, nəinki ÜAK, həm də bütün diasporda intriqa salır. Bu insanın bacarığı həmişə bundan ibarət olub. Amma inandırıram sizi, “AzərRos”u da onun əlindən alacağıq. Artıq Rusiyada vətənə bağlı Azərbaycan icması ona nifrət edir. Özünə hörmət edən azərbaycanlı bundan sonra onunla bir yerdə olmaz. Çünki belə insanlar alçaqdır və ondan istənilən alçaqlığı gözləmək olar. Prezidentini kağızda tərifləyən, amma hərəkətləri və danışıqları ilə əksini göstərən insana nə cür inanmaq olar? Məni qeyri-adekvat insan adlandırır, amma ondan fərqli olaraq, mən Vətən xaini və satqın deyiləm. O isə əsl satqındır”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın