Ana səhifə / Sosial / “Sovetski” sakinləri ikinci köçə hazırlaşır – FOTOLAR

“Sovetski” sakinləri ikinci köçə hazırlaşır – FOTOLAR

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunun “Sovetski” adlanan ərazisində 2 mindən çox yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınacaq. Nazirlər Kabineti bununla bağlı qərar verib, söküləcək ərazilər müəyyənləşdirilib.

AzVision.az-ın əməkdaşları “Sovetski”yə baş çəkərək evi söküləcək sakinlərlə görüşüblər. Sakinlərin bildirdiyinə görə, Mirzağa Əliyev küçəsindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər ərazidə yerləşən evlər yaxın bir neçə ay ərzində söküləcək. “Sovetski” sakinlərinə söküntü ilə bağlı bildirişlər verilib.

“Bir ay bundan əvvəl “Jek”dən bizə bildiriş verdilər. Bildirişlərdə onlara təqdim etməli olduğumuz sənədlərin siyahısı qeyd olunmuşdu. Həmin sənədləri hazırlayıb, onlara təqdim etdik. Bizə dedilər ki, aprel ayından sonra köçürmə komissiyası işə başlayacaq, sonra evlərimiz söküləcək. Konpensasiya barədə konkret məlumat vermədilər. Düşünürük ki, 1 kvadrat metr üçün 1500 manat pul verərlər. Biz də aldığımız pulla özümüzə münasib ev alarıq”.

Bəzi evlərin sənədsiz olması sakinləri ciddi narahat edir: “Evi sənədsiz olan sakinlər onlara təklif olunan pulu qəbul etməyə məcburdur. Kompensasiyadan narazı qaldıqda onların məhkəməyə müraciət etmək şansları olmur. Kimin sənədi varsa, onun şikayətinə baxılır”.

Evinin sahəsi kiçik olan sakinləri onlara nə qədər kompensasiyanın veriləcəyi düşündürür. Hələlik rəsmi qurumlar kompensasiya məbləğini və sökünütünün nə vaxt başlayacağını elan etməyiblər.

Qeyd edək ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq, Yasamal rayonunun “Sovetski” adlanan ərazisində indiyə qədər 4300-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti sökülüb.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …