Bazar , Fevral 24 2019
Ana səhifə / Sosial / “Sovetski” dramı başa çatır, növbədə “Kubinka”dır

“Sovetski” dramı başa çatır, növbədə “Kubinka”dır

Bakının “Sovetski” adlanan ərazisində yaşayış üçün yararsız olan binaların sökülməsi və gələcək abadlaşdırmanı nəzərdə tutan layihə ən irimiqyaslı təşəbbüslərdəndir və ona görə də onun tam icrası azı bir il də davam edəcək.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, bu layihə Bakının Baş Planının vacib lokal elementlərindəndir: “Hazırda “Sovetski” ərazisində yaşayış evlərinin sökülməsinin ikinci mərhələsi davam edir. Artıq demək olar ki, ərazinin böyük hissəsi istifadə üçün yararsız ev və tikililərdən azad edilib. Bu gün “Sovetski”də ümumi istifadə və istirahət üçün nəzərdə tutulmuş park zonasının yaradılması üzrə iş davam etdirilir. Burada rekreasiya zonası yaradılır və artıq yaşıllaşdırma prosesi başlayıb. Bu işlər Təzəpir məscidinin olduğu yerə qədər aparılacaq”.

Komitə rəsmisi əlavə edib ki, Bakıda evlərin sökülməsi “Kubinka” adlanan ərazidə də planlaşdırılıb, amma bu prosesin başlayacağı tarixi indidən demək çətindir: “Bakıda lokal söküntülər öz bizneslərinin böyüməsində maraqlı olan özəl şirkətlər tərəfindən həyata keçirilə bilər. Bu, istənilən tikinti təşkilatı və ya şəxs ola bilər”. (Trend)

Həmçinin oxuyun

“Zorakılığa məruz qalan müəllimələrin dərs deməsinə icazə verilməməlidir” – RƏY

“Məişət zorakılığına məruz qalan müəllimələrin dərs deməsinə icazə verilməməlidir”. Bunun “Təmiz Dünya” Qadınlara Yardım İctimai …