Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Sosial / Sosial yardımla bağlı yeniliklər olacaq – VİDEO

Sosial yardımla bağlı yeniliklər olacaq – VİDEO

Ünvanlı sosial yardımın verilməsində bir sıra yeniliklər həyata keçiriləcək.

Yeniliklərdə əsas məqsəd şəffaflığın artırılması, bu yöndə ayrılan vəsaitlərin real olaraq ehtiyac sahiblərinə çatdırılmasının təmin edilməsidir.

Sosial yardımın ayrılması zamanı diqqət ediləcək məqamlardan biri də hazırda sosial yardım alan ailələrin 40 faizində əmək qabiliyyəti olan insanların aktiv əmək bazarına cəlb edilməsidir.

Bundan başqa, 1997-ci ilə qədər şəhid olan və ya itkin düşən şəxslərin ailə üzvlərinə, ya da vərəsələrinə birdəfəlik ödənişlərin edilməsi ilə də bağlı ciddi işlər aparılıb. Belə ki, artıq siyahılar bəllidir və vərəsələrin bu hüquqlarını tanıyan notarial qaydada sənədlər hazır olandan sonra həmin şəxslər nazirlikdə elektron növbəyə duracaqlar.

Nazirliyin sözçüsü Fazil Talıblının sözlərinə görə, sentyabr ayına qədər şəhid aiələrinə və onların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi ilə hazırlıqlar tam olaraq başa çatdırılacaq.

VIPedu.BIZ

Həmçinin oxuyun

Şadlıq saraylarının “balıq menyusu” tələsi

Qiymətləri süni artırır, dondurulmuş balıqları kabab kimi verirlər Azərbaycanda şadlıq evi biznesi cəmiyyətin ağrılı yeridir …