Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Sosial şəbəkə hesablarınızın təhlükəsizliyini belə qoruyun – VİDEO

Sosial şəbəkə hesablarınızın təhlükəsizliyini belə qoruyun – VİDEO

Kibercinayətkarların sosial şəbəkə istifadəçilərinə qarşı hücumları davam edir.

Kibercinayətkarlar istifadəçilərin sosial şəbəkə hesablarını, eləcə də kart məlumatlarını ələ keçirirlər.

Onlar gündəlik istifadə etdiyimiz sosial şəbəkələrdə saxta hesablar yaradılaraq vətəndaşların mesaj bölmələrinə müxtəlif linklər göndərirlər. İstifadəçilərə hansısa yarışın qalibi olduqları, smartfon və ya pul mükafatı qazandıqları bildirilir. Sonra göndərdikləri linkə girib kart məlumatlarını daxil etmələri istənilir. Beləliklə, sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatları ələ keçirilir.

Mövzuya münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov deyib ki, belə hallara son vaxtlar daha çox instaqram üzərindən rast gəlinir.

Anar Qafarov deyib ki, vətəndaşlara belə mesajlar göndərildiyi halda onlar Daxili İşlər Nazirliyi və ya nazirliyin instaqramdakı “Polis Azərbaycan” səhifəsi ilə əlaqə yarada bilərlər.n

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …