Bazar , Oktyabr 20 2019
Ana səhifə / Sosial / Sosial şəbəkələrdə narkotik aləmi açıq-aydın təbliğ edilir – VİDEO

Sosial şəbəkələrdə narkotik aləmi açıq-aydın təbliğ edilir – VİDEO

Sosial şəbəkələrdə narkotika ilə bağlı müxtəlif foto və videolar paylaşılır. Bir sözlə narkotik aləmi açıq-aydın təbliğ edilir. Bu səhifələri idarə edənlər izləyici sayını artırmaq üçün müxətlif vasitələrdən istifadə dirlər. İnstaqram sosial şəbəkəsində yaradılan bu səhifəyə diqqət etdikdə aydın olur ki,burada müxtəlif narkotik bitkilərin fotoları paylaşılıb. Eyni hal digər səhifələrdə də yaşanır. Əsas məqamlardan biri də bu fotoları çox sayda izləyicinin bəyənməsidir.
Səhifədə izləyicilərdən bu cür foto və məlumatların onlara göndərilməsi də əks olunur. Bununla yanaşı, bu səhifələrdə narkotikdən istifadə edib fotosunu paylaşanlarda var.
Hüquqşunaslar isə deyir ki, belə hallar xüsusi qanunla tənzimlənir. Yəni İnformasiya və informasiyanın mühafizəsi haqqında qanununda internet resusrlarından necə istifadə edilməsi öz əksini tapıb.
Qanunun tələbini pozan fiziki şəxslər 500-1000, vəzifəli şəxslər 1000-1500,hüquqi şəxslər isə 1500-2000 manata qədər cərimə oluna bilər.(xezerxeber.az)

Həmçinin oxuyun

AQTA: İstifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində istifadəyə yararsız 90 tondan çox ət və ət …