Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Sosial mənzillərin seçimi daha da asanlaşdı – VİDEO

Sosial mənzillərin seçimi daha da asanlaşdı – VİDEO

“Güzəştli mənzillər”in seçilməsi daha da asanlaşdı.


Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev yanvarın 14-də imzaladığı fərmanla “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edib.

Yeniliklərdən biri “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını almasıdır. Bu dəyişiklik sayəsində vətəndaşlar agent banklar tərəfindən veriləcək kreditin məbləğini və müddətini öncədən müəyyən edə biləcək. Bu da onların mənzil seçimini və əldə edilməsini rahatlaşdıracaq.


Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Dadaşova bildirib ki, digər yeniliyə görə, “Güzəştli mənzil” sistemində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Nəticədə də imtina edilən mənzilə digər şəxslərin sahib olmaq şansı yaranır.


Digər yenilik isə mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçündür. Həmin vətəndaşlar üçün ayrıca satış elanı veriləcək. Yeniliklər bu il may ayından etibarən tətbiq ediləcək.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • 22.01.201913:3128

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …