Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Sosial mənzil sahibi olanlar evlərinə nə vaxt köçəcək? – Açıqlama

Sosial mənzil sahibi olanlar evlərinə nə vaxt köçəcək? – Açıqlama

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzil sahibi olan vətəndaşların evlərinə köçəcəyi tarix bəlli olub.
Bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova bildirib.
MİDA rəmisi qeyd edib ki, 1, 2, 3, 4 və 5-ci binalarda mənzil sahibi olan vətəndaşlar bu il oktyabrın sonu, noyabrın əvvələrində evlərinə köçə biləcəklər.
Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində 29 bina inşa olunub. İlk dəfə 2018-ci ilin may ayında Yasamal Yaşayış Kompleksində sosial mənzillərin satışı təşkil edilsə də, sonradan prosedur dayandırılıb və nəticələr ləğv edilib. Növbəti dəfə sentyabr ayının 5-d də elan edilən satışlarda Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzil satılıb.
Məlumat üçün bildirək ki, 1-ci bina 12 mərtəbəli, 2-ci, 3-cü, 4-cü, 5-ci binalar 9 mərtəbəlidir.
1-ci binada 12 bir otaqlı, 24 iki otaqlı, 24 üç otaqlı; 2-ci binada  9 bir otaqlı, 54 iki otaqlı, 9 üç otaqlı; 3-cü binada 9 bir otaqlı, 54 iki otaqlı, 9 üç otaqlı; 4-cü binada 16 bir otaqlı, 32 iki otaqlı, 16 üç otaqlı; 5-ci binada 16 bir otaqlı, 32 iki otaqlı, 16 üç otaqlı mənzil var.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …