Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Sosial Evlərin tikintisində 50 minlik material oğurlanıb

Sosial Evlərin tikintisində 50 minlik material oğurlanıb

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sifariş olunan Sosial Evlərin tikintisi zamanı cinayət faktı aşkarlanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2018-ci il 27 aprel tarixində elan etdiyi tender üzrə qalib gələn şirkətlərdən biri, “Hünər – İnşaat” Firması Suraxanı RPİ-yə müraciət edib. Şirkət rəsmiləri bildiriblər ki, tikinti meydançasından 50 min manatlıq tikinti materialları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Hünər İnşaat” firması 2017-ci ildən bu günədək MİDA-nın elan etdiyi tenderlərdə 4 dəfə qalib gəlib və ümumilikdə, bu şirkətlə təmxinən 41 milyon manatlıq müqavilə imzalanıb.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …