Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Son sutkada 15 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Son sutkada 15 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 440 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib. 175 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 008, bu günə qədər isə ümumilikdə 6 759 211 test icra olunub.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …