Şənbə , Noyabr 28 2020
Ana səhifə / Sosial / Son günlər üzrə çaylarda suyun səviyyəsi açıqlandı

Son günlər üzrə çaylarda suyun səviyyəsi açıqlandı

Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-65, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR Naxçıvançay çayında 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 66,5 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 10, Bankədə 5 sm artım qeydə alınıb, lakin Surrada 6, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2017-ci il oktyabrın 26-da 350 sm), Şirvanda 201 sm (2017-ci il oktyabrın 26-da 203 sm), Salyanda 147 sm (2017-ci il oktyabrın 26-da 165 sm), Bankədə 172 sm (2017-ci il oktyabrın 26-da 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il oktyabrın 26-da 78 sm) təşkil edib.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət …