Cümə , Aprel 12 2024
Ana səhifə / Sosial / Son 2 ayda ölkənin quru sərhədlərindən 195 min nəfər keçib – Rəsmi

Son 2 ayda ölkənin quru sərhədlərindən 195 min nəfər keçib – Rəsmi

Bu ilin yanvar-fevral ayları ərzində xarici ölkələrə 296,5 min nəfər Azərbaycan vətəndaşı gedib.
Ötən ilin eyni dövrü ilə müqayisədə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 36% artıb.
Qeyd edək ki, xaricə gedən azərbaycanlıların 37,9%-i (112,4 min nəfər) Türkiyəyə, 21,9%-i (65 min nəfər) Rusiyaya, 9,7%-i (28,8 min nəfər) Gürcüstana, 8,5%-i (25,2 min nəfər) İrana, 22%-i isə (65,2 min nəfər) digər ölkələrə səfər edib. Gedənlərin 68,2%-ini kişilər, 31,8%-ini qadınlar təşkil edib.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə ən çox artım İrana gedənlərin sayında qeydə alınıb. Belə ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 38,5% artıb.
2024-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 30%-i və ya 89 min nəfər ölkəni quru yolla tərk edib.
Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 2 ayında Azərbaycana gələn əcnəbilərin də 31%-i və ya 106 min nəfəri ölkəyə quru yolla daxil olub.

Həmçinin oxuyun

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib – VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.Belə bir halla paytaxt sakini …