Şənbə , Yanvar 23 2021
Ana səhifə / Sosial / ŞOK! Santexnik ginekoloq olub, xəstələri müayinə etdi – VİDEO

ŞOK! Santexnik ginekoloq olub, xəstələri müayinə etdi – VİDEO

Rusiyada xəstəxanaların birində santexnik ustası həkim xalatı geyinərək özünü həkim ginekoloq kimi təqdim edib.

ARB TV xəbər verir ki, hadisə ölkənin Sverdlovsk vilayətinin Pervouralsk şəhərində baş verib.

31 yaşlı usta əvvəllər məhkumluq həyatı yaşayıb. O, xəsarətlərlə xəstəxanaya gəlib, vəziyyəti normallaşdıqdan sonra isə ağ xalat geyinərək “həkim” roluna girib və məhz ginekologiya şöbəsinə gəlib. Özünü ginekoloq kimi təqdim etdikdən sonra isə 4 gün xəstələri qəbul edib. Şöbəyə təzə həkimin gəlişi gözlənildiyindən, heç kim ondan şübhələnməyib. Nəhayət, həkimlərdən biri ondan şübhələnərək bu barədə polisə məlumat verir.

“Santexnik həkim” polis tərəfindən saxlanılıb. 4 gün ərzində qəbul etdiyi qadınlara yazdığı müalicələrdən hamı razı qalıb. Qadınlardan heç biri ondan şikayətçi olmayıb. Polis də fırıldaqçı “santexnik həkimi” sərbəst buraxıb.

Həmçinin oxuyun

Cərimələr silinir, plyonkaya icazə verilir

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər müsbət addımdır. Biz neçə ildir ki, bu barədə təklif …