Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / SOCAR Dneprdə raketlə vurulan yaşayış binasında xilasetmə işləri aparanlara pulsuz xidmət göstərir

SOCAR Dneprdə raketlə vurulan yaşayış binasında xilasetmə işləri aparanlara pulsuz xidmət göstərir

“SOCAR Energy Ukraine” Dnepr şəhərində Rusiya tərəfindən çoxmərtəbəli binanın raketlə vurulması ilə bağlı humanitar aksiya keçirir.

AZƏRTAC xəbər verir ki, SOCAR-ın Dneprdə olan yanacaqdoldurma məntəqəsi dağılan binada xilasetmə işləri ilə məşğul olan şəhər xidmətinin əməkdaşlarının sutkanın istənilən vaxtında dincəlmək və pulsuz yeməklə təmin olunmasını həyata keçirir.

Yanvarın 14-də faciə baş verən gündən şəhər xidmətinin əməkdaşları SOCAR-ın humanitar aksiyasından yararlanırlar.

Qeyd edək ki, “SOCAR Energy Ukraine” müharibə başlayandan bəri Ukraynada təcili tibbi yardım, Fövqəladə Hallar Dövlət Xidmətinin avtomobillərini 200 min litrdən çox pulsuz yanacaqla təmin edib. Məktəblilərə tibbi dəstlər üçün 1 milyon qrivna (25 min dollar) toplayıb.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …