Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Sosial / SOCAR-a məxsus sahədə yanğın: Ərazi niyə qorunmur? – VİDEO

SOCAR-a məxsus sahədə yanğın: Ərazi niyə qorunmur? – VİDEO

Dünən günorta saatlarında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus ərazidə güclü yanğın hadisəsi baş verib.

Hadisə SOCAR-ın Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində yerləşən ərazisində qeydə alınıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın qısa müddətdə böyük bir sahəni əhatə edib: “Yanğına səbəb kimi dedilər ki, guya, siqaret kötüyü yanılı halda yerə atılıb. Amma bura elə bir yerdi ki, hər tərəfdən hasarlanıb, kənar heç bir şəxs bura daxil ola bilməz. Ərazidə yalnız SOCAR-ın öz işçiləri hərdən-bir gözə dəyir. Onlar da bəyəm bilmir ki, burda siqaret çəkmək, yerə atmaq olmaz? Çünki oddan qorunan bir ərazidi. Orda yerdən neft çıxır, ətrafı da neft çənləri ilə əhatələnib. Həmçinin burdan qaz boruları, elektrik xətləri keçir. Belə bir ərazilə də üzbəüz təxmini 30 metr məsafədə yaşayış evləri yerləşir. İllərdir, o evlərin plana düşüb söküləcəyin deyirlər, amma nəticə yoxdur. Bu cür bir ərazi yanğından yüksək səviyyədə qorunmalıdı. Yanğın başlayandan bir az sonra ərazidə elektrik enerjisinin verilməsi dayandırıldı. Çünki göründüyü kimi yanan ərazidə elektrik dirəkləri var. FHN bir az geciksəydi, burda baş verənləri təsəvvür etmək mümkün olmazdı. Bu dəfə NZS camaatı yaxşı qutardı. Yəqin cavabdeh şəxslər bundan sonra belə şeylərdə daha diqqətli olarlar, bu cür təhlükəli bir əraziyə xüsusi nəzarət olunar”.

Hadisə nəticəsində təbiətə, ətrafdakı ağaclara xeyli sayda ziyan dəyib.
Qeyd edək ki, yanğın zamanı hadisəni lentə alan qəsəbə sakinlərinə polis və SOCAR-ın əməkdaşları çəkiliş etməyə icazə verməyib. Çəkilən videogörüntüləri isə silmək üçün göstəriş verilib.

Hadisə zamanı lentə alınan kadrlardan birini təqdim edirik:

https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2Fbakupost%2Fvideos%2F171238088370834%2F&show_text=false&width=261&t=0

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …