Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / SMS icazə sistemi mayın 4-dək qüvvədə olacaq

SMS icazə sistemi mayın 4-dək qüvvədə olacaq

Azərbaycan Respublikasında xüsusi karantin rejiminin 4 may 2020-ci il tarixinə qədər uzadılması ilə əlaqədar “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” müvafiq tarixədək fəaliyyətdə olacaq.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların rahatlığını və onların iş prosesinin davamlılığını təmin etmək məqsədi ilə icaze.e-gov.az portalında qeydə alınmış bütün icazələrin müddəti 2020-ci il 4 may tarixinədək uzadılır. Bununla yanaşı yeni icazələrin əlavə olunması, mövcud icazələrin ləğvi və ya əməkdaşlar üçün icazənin qüvvədə olma müddətinin son tarixi müəyyənləşdirilə bilər.

Eyni zamanda evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün isə vətəndaşlar tərəfindən mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kod və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi SMS-lə 8103 qısa nömrəsinə göndərilməlidir.

Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Yaşı 65-dən yuxarı insanlara evdən çıxmaq qadağandır.

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …