Ana səhifə / Sosial / Smart kart ödənişlərində 10 günlük problem yaranacaq? – AÇIQLAMA

Smart kart ödənişlərində 10 günlük problem yaranacaq? – AÇIQLAMA

“Azərişıq” ASC smart kart ödənişlərində problem yaranacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Qurumdan bildirilib ki, informasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış və abonentlər arasında çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir. 

“Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vatxda və yerdə rahatca ödənişlərini apara bilərlər”, – deyə “Azərişıq”dan bildirilib.

Həmçinin oxuyun

Azərbaycanda benzinin qiyməti BAHALAŞDI

Azərbaycanda bu gündən etibarən benzinin qiymətinə dəyişiklik edilib. “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli …