Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Siyavuş Novruzovla Vahid Əhmədovdan Çingiz Abdullayevə CAVAB…

Siyavuş Novruzovla Vahid Əhmədovdan Çingiz Abdullayevə CAVAB…

Bakıda”Azərkitab” Kitab Təbliğatı Mərkəzinin açılış mərasimində çıxış edən xalq yazıçısı Çingiz Abdullayevin fikirləri  birmənalı qarşılanmayıb.

Qeyd edək ki, xalq yazıçısı müasir gəncləri və cəmiyyəti kəskin tənqid edib. O, Azərbaycan xalqının kitab oxumadığını deyib. Çingiz Abdullayev həmçinin bildirib ki, torpaqları da ermənilər almayıb, azərbaycanlılar özləri qoyub qaçıblar.
Və sosial şəbəkələrdə Çingiz Abdullayev bu sözlərə görə “topa tutulub”…

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlamasında deyib ki, burada söhbət yazılı ədəbiyyatdan gedir.

“Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb bundan ibarətdir ki, yeni informasiya texnologiyaları yaranıb. Bir kitabı oxumaq üçün internetə daxil olmaq kifayətdir. Və yaxud müvafiq kitabxanadan kitabı götürmək üçün müəyyən məbləğdə pul köçürməklə əldə etmək mümkündür. Keçmişdə bunun üçün insanlar ezamiyyətə göndərilirdi. Bədii ədəbiyyatla bağlı növbəyə dururdu. Çünki kitablar az miqdarda çap olunurdu və hamı da oxumaq istəyirdi. İnsanların informasiya almaq mənbəyi çox az idi. İndi isə insanlar radiodan, televiziyadan, internetdən, hətta öz mobil telefonlarından bu informasiyaları rahatlıqla əldə edə bilirlər. Hazırda bədii ədəbiyyatla bağlı müxtəlif üsul və vasitələr var. İnsanlar istədikləri kitabları oxumadan da, qulaq-asa-asa bilir”.

 

Komitə sədri qeyd edib ki, insanlar indi kitab oxumaqdansa, bir-biri ilə yazışmağa daha çox vaxt sərf edirlər.

“Onlar sosial şəbəkələrdə hər hansı bir kitabın, əsərin , ictimai-siyasi prosesin müzakirəsini yox, gündəlik öz məşğuliyyətlərini müzakirə edirlər. Bu da kifayət qədər ünsiyyət imkanlarını məhdudlaşdırır. Çingiz Abdullayev dünyada tanınan Azərbaycan yazıçılarından biridir. O, ən çox kitabı çap olunan və oxunan yazıçıdır. İnsanların kitabları az oxumasında yazıçı problem də var. insanlara təsir edən yazılar olmalıdır ki, oxunsun”.

S.Novruzov Çingiz Abdullayevin “torpaqları ermənilər almayıb, azərbaycanlılar özləri qoyub qaçıblar” fikri ilə razılaşmadığını bildirib.

“Azərbaycanın hər yerində Şəhidlər xiyabanı var. Gedib ora baxmaq olar ki, nə qədər şəhidimiz orada dəfn olunub. Burada sadəcə olaraq, qeyri-bərabər döyüş olub.

Bir tərəf başqa bir dövlət tərəfindən silah-sursatla təmin olunaraq hücum edib, digər tərəf isə heç bir silaha malik olmadan ov silahları ilə onların qarşısına çıxıb. Mən döyüşlərdə iştirak edən şəxs kimi bunun bilavasitə şahidiyəm. Onlarda olan  silahların 10 faizi bizdə olsaydı, nəinki işğal olunmuş torpaqları, həmçinin Ermənistan ərazisində olan keçmiş Azərbaycan torpaqlarını tutmaq imkanına malik idik. Çünki döyüş ruhu və qabiliyyəti irsidir. O baxımdan da mən hesab etmirəm ki, azərbaycanlılar torpaqlarını qoyub qaçıblar. Azərbaycan xalqı torpaqlarının hər qarışı uğrunda mübarizə aparan xalqdır.

Aprel döyüşləri də bunun bariz nümunəsidir. Ermənistan tərəfi müharibəni yox, adi bir döyüşü dayandırmaqdan ötrü, BMT-dən tutmuş ATƏT-in həmsədr ölkələrə və beynəlxalq təşkilatlara müraciət etdi. Bir həftə bu döyüş davam etsəydi, biz Göyçə gölünü keçib ,digər torpaqlarımıza da gedib çıxardıq”.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, kitab oxumaqla əlaqədar Azərbaycanda çox ciddi problem var.

“Amma müasir gənclərin Azərbaycanın müstəqilliyi ilə bağlı mövqeləri çox yüksək səviyyədədir. Çünki onların mövqeyi Aprel döyüşlərində açıq-aşkar görünürdü. Kitab oxumaqla əlaqədar isə müəyyən işlər görülməlidir. Amma yenə də internet saytları, elektron kitabxanalar var. Yəqin ki, oradan müəyyən materiallar əldə edirlər və oxuyurlar”.

Depuatat bildirib ki, Çingiz Abdullayevin “torpaqları ermənilər almayıb, azərbaycanlılar özləri qoyub qaçıblar” fikrində müəyyən həqiqətlər var.

“Torpaqları ermənilər almayıb ki, ruslar alıb. Erməni kimdir ki, Azərbaycandan torpaq alsın?! Mən baş nazirin birinci müavini kimi Füzuli, Qubadlı və Zəngilan zonasında olmuşam. Görümüşəm ki, torpaqlar necə işğal olunub. Çingiz Abdullayevin dediyində müəyyən qədər həqiqət var. Amma o bilsin ki, ermənilər heç vaxt torpaq ala bilməzlər. Onlar müəyyən hökumət tərəfindən verilib. Ruslar da erməniləri müdafiə ediblər. Çünki onların ikisi xristian, biz isə müsəlman dövləti olduğumuza görə bizimlə münasibətləri yaxşı olmayıb. Nə qədər ki, bizim ki övladlar var, Azərbaycan dövləti yox ola bilməz. Çünki biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan insanlarıq. Həmçinin Azərbaycanın müstəqilliyinə səs vermişik. Torpaqların işğal olunmasında günahlarımız çoxdur”.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın