Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır” – MSK sədri

“Siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır” – MSK sədri

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurasının birgə təşkilatçılığı ilə Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində “Siyasi partiyaların maliyyələşməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatının təqdim edilməsi” mövzusunda seminar keçirilib.

Seminarda MSK sədri Məzahir Pənahov, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard iştirak edib.

Tədbirdə çıxış edən MSK sədri M. Pənahov deyib ki, Azərbaycanın müstəqillik qazanması ilə siyasi partiyalar fəaliyyətə başlayıb və ölkədə çoxpartiyalılıq bərqərar olub: “Hazırda Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatından keçib. Siyasi partiyalarla qarşılıqlı əlaqə sahəsində MSK əsas qurumlardan biridir. Hazırda siyasi partiyaların fəaliyyətində irəliləyişlər var”.

M.Pənahov vurğulayıb ki, ölkədə hakimiyyət seçkilər yolu ilə formalaşmalıdır: “Bu baxımdan siyasi partiyaların fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Azərbaycan müstəqillik qazanandan sonra Qərb sivilizasiyasının bir hissəsi olduğunu bəyan edib və qanunvericiliyini buna uyğunlaşdırıb. Hakimiyyət uğrunda mübarizə xalqa xidmət məqsədi güdür və buna görə də siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır. MSK ilə siyasi partiyalar arasında maliyyə şəffaflığı sahəsində əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir”.

Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri D. Filipoviç bildirib ki, layihə Şərq Tərəfdaşlığı Proqrammı çərçivəsində həyata keçirilir və məqsəd partiyaların fəaliyyətində şəffaflığa nail olmaqdır: “Bəzi partiyalar maliyyə hesabatlarını təqdim etmirlər. İnanırıq ki, bir müddət sonra bütün partiyalar MSK-ya maliyyə hesabatlarını təqdim edəcəklər. MSK partiyaları maliyyə hesabatlarını vaxtında təqdim etməyə dəvət edib. Bununla əlaqədar MSK-ya əlavə işçilər cəlb olunub. Partiyaların maliyyə fəaliyyətinin şəffaflığı Avropa Şurası tövsiyələrində əksini tapır. Maliyyə hesabatlarının təqdim olunmasının əhəmiyyəti odur ki, kiçik partiyalar təzyiqlərə məruz qalmasın”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri M. Mard isə bildirib ki, müasir, demokratik dövlət quruculuğunda siyasi partiyaların rolu böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, cinayət, korrupsiya yolu ilə qazanılmış pulların partiyaların maliyyələşməsinə daxil olmasının qarşısının alınması üçün müxtəlif yollar var:

“Bəzi ölkələrdə bu sahədə problemlər var. Ümumi siyasi dəyərlərin formalaşmasında şəffaflığın böyük rolu var. Avropa Şurası və Avropa İttifaqı bu sahədə Azərbaycanla əməkdaşlıq edir və biz buna çox şadıq”.

MSK sədrinin müavini Natiq Məmmədov “Siyasi partiyaların maliyyə fəaliyyətinin aşkarlığının təmin edilməsində hesabatların rolu və bu məsələnin mili qanunvericilikdə həlli” mövzusunda çıxış edib. N. Məmmədov 2 ildir ki, MSK-nın partiyaların maliyyə hesabatlarını qəbul etdiyini, bununla əlaqədar MSK-da 2 sektor yaradıldığını, bu işlə ümumilikdə 10 nəfərin məşğul olduğunu bildirib: “Ölkəmizdə korrupsiyaya qarşı mübarizə proqramları həyata keçirilir və tədbirlərimiz də bu sahədə bir töhfədir”.

N. Məmmədov partiyaların maliyyə hesabatı ilə bağlı qanunvericilik barədə geniş məlumat verib. Seminar iştirakçıların çıxışları ilə davam edib.

AzVision.az

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın