Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Siyasi Partiyalardan elektrik və təbii qaza görə etiraz – Bəyanatı

Siyasi Partiyalardan elektrik və təbii qaza görə etiraz – Bəyanatı

KXCP, ADP, AXP, Azadlıq, VİP və BAP elektrikin və təbii qaza görə ödəniş haqlarının kəskin şəkildə artırılmasını hakimiyyətin xalqa qarşı qiymət terroru kimi dəyərləndirir. İqtidarın öz yanlış iqtisadi siyasəti, neft pullarının, dövlət büdcəsinin bir qrup məmur- oliqarx nümayəndələri tərəfindən oğurlanması və talan olunaraq mənimsənilməsi nəticəsində yaranmış böhranın fəsadlarının xalq kütlələrinin üzərinə qoyulması lənətlənir və pislənir.

Hakim komanda ölkəni daha ağır məhrumiyyətlərə sürükləməkdə davam edərək, milyonlarla vətəndaşımızı yoxsulluğa və səfalətə məhkum edir. Azərbaycanın bütün vicdanlı ictimai – siyasi qüvvələri bu fəlakətə qarşı səfərbər olmağa çağırır. əhalinin getdikcə dərinləşən böhranlı proseslərdən qorunması üçün davamlı sosial müdafiə tədbirlərinə ehtiyac vardır. Xalqdan oğurlanmış on milyardlarla pulların dövlətə və xalqa qaytarılması və bu müdafiə tədbirlərinə cəlb olunması vəziyyətdən çıxış üçün ilkin təsirli addım kimi təklif olunur.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın