Ana səhifə / Sosial / Siyəzəndə yük maşını aşdı, 20 ton xurma yola dağıldı – VİDEO

Siyəzəndə yük maşını aşdı, 20 ton xurma yola dağıldı – VİDEO

Bakı-Quba-Rusiya sərhədi yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Rüfət Şabanov idarə etdiyi yük maşını ilə Quba istiqamətində hərəkətdə olarkən qəflətən avtomobilin yük yeri aşıb. Nəticədə 20 ton xurma yola dağılıb. Xurma sahibi və sürücü xəsarət alıb. Yük maşınına da ciddi ziyan dəyib.

Qeyd edək ki, xurma qonşu Rusiya bazarına aparılırmış.

Faktla bağlı araşdırma aparılır. (Report)

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …