Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Şıx” ictimai çimərliyində “STOP” kələkbazlığı – ŞİKAYƏT

“Şıx” ictimai çimərliyində “STOP” kələkbazlığı – ŞİKAYƏT

Azərbaycanda çoxvektorlu ishalatlar həyata keçirilir ki, bu instusional islahatların mahiyyətində əhalinin rifah halının yüksəldilməsi, idarəçiliyə yeni nəfəs gətirilməsi, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması dayanır.

2018-ci ilni prezident seçkilərindən sonra Prezident İlham Əliyev inaqurasiya çıxışı zamanı söylədi ki, Azərbaycanda köklü islahatlar həyata keçiriləcək və bütün sahələr bu islahatların təsir dairəsinə düşəcək. Artıq bu islahatların real nəticələrini Azərbaycan vətəndaşları öz gündəlik həyatında hiss edir, bu islahatlar hakimiyyətin bütün qollarını əhatə etməklə, ölkə vətəndaşlarının qarşısında geniş imkanlar açır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın nəcib təşəbbüsü ilə paytaxtda əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən mütərəqqi layihələr bu xüsusda diqqətdən yayınmır. “Abad həyət” layihəsi çərçivəsində paytaxtın yaşayış massivlərinin həyətyanı sahələrinin abadlaşdırılması, yeni və müasir parkların istifadəyə verilməsi, paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin salınması bu qəbildəndir.

İlk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə 6 ha sahədə yaradılıb. Bu məqsədlə əvvəllər baxımsız vəziyyətdə olan ərazi təmizlənərək abadlaşdırılıb, burada 60 ədəd kölgəlik, 6 yerdə soyunub-geyinmə kabinələri, 2 yerdə duş, 2 yerdə ikikabinəli sanitariya qovşağı, istirahətə gələn vətəndaşların nahar etmələri üçün 2 ədəd söhbətgah quraşdırılıb. Futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, 3500 kvadratmetr ərazidə avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərlik fəaliyyət göstərir. 

Təəssüf ki, bu cür nəcib təşəbbüslərə kölgə salmağa çalışanlar var. Hokm.az-a müraciət edən bir qrup paytaxt sakini bildirib ki, “Şıx” çimərlik ərazisındə fəaliyyət göstərən ictimai çimərliyə istirahətə gedənlər müxtəlif təzyiqlərlə üzləşirlər. Çimərlik istifadəyə verilən zaman 3500 kvadratmetr ərazidə avtomobil dayanacağının salındığı deyilsə də, sakinlərin avtomobilləri ilə çimərliyə daxil olmasına imkan verilmir. Açıq şəkildə deyirlər ki, ictimai çimərliyin ərazisində avtomobil saxlamaq qadağandır. Məcbuq qalıb avotmobillərini kənarda saxlayır, xeyli yolu isə piyada qət etməli olurlar. 

Sakinlər bildirir ki, burada əsas məqsəd əhalini ictimai deyil, pullu çimərliklərə təşviq etməkdir. Şikayətçinin söylədiklərindən: 

“Əgər pullu çimərliyə getmək tələbi var idisə, o zaman niyə ictimai çimərlik istifadəyə verildi? Leyla xanım, sağolsun, ehtiyacı olan insanları düşünür, onların asudə vaxtlarının səmərəli təşkili üçün ciddi layihələr həyata keçirir. Lakin bəziləri onun bu nəcib əməlindən sui-istifadə edirlər. Açılışdan sonra bu mərkəzlər bir qrup işbazın gəlir mənbəyinə çevrilir. Portalınız vasitəsilə Cənab Prezident İlham Əliyevə, layihənin ideya müəllifi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya müraciət edir, sakinlərə süni əngəllər yaradan və onları pullu çimərliyə təşviq edən şəxslər barəsində müvafiq ölçü götürülməsini xahiş edirik”.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaqda müraciətimiz cavabsız qaldı.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Aliyə Dadaşova

Hokm.az

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …