Cümə , Dekabr 8 2023
Ana səhifə / Sosial / Siqaret və alkoqollu içki bahalığı: Aksiz dərəcəsi niyə artırıldı?

Siqaret və alkoqollu içki bahalığı: Aksiz dərəcəsi niyə artırıldı?

Dövlət Vergi Xidməti siqaret və alkoqollu içkilərin aksiz dərəcələrinin artırılmasının Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi olduğunu bildirib. 

Bu barədə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli noyabrın 6-da Milli Məclisdəki müzakirə zamanı deyib.

Vergi Məcəlləsinə təklif olunan dəyişiklikliklər bağlı danışarkən Nəzərli qeyd edib ki, investorları narahat edən əsas məsələ vergi dərəcələrinin artırılmasıdır. Amma o, Azərbaycanda yeganə olaraq aksiz dərəcələrinin artdığını bildirib: 

“Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, aksiz dərəcələri 60-65%-ə çatdırılsın. Bunu biz bir gündə edə bilmərik. Bütün oyunçulara elan etmişik ki, aksiz dərəcələri tədricən bu səviyyəyə gəlib çatacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılıb. 

 

Həmçinin oxuyun

“Sədərək” Ticarət Mərkəzi bağlanır?

“Sədərək” Ticarət Mərkəzi bağlana və ya başqa adla digər ticarət mərkəzlərindən birinin nəzdində fəaliyyət göstərə …